Biz gənclər Sizin hər sahədə apardığınız siyasəti dəstəkləyirik - ehtiyatda olan zabit, 2-ci qrup əlildən Prezidentə məktub  

17:05 18.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması məqsədilə imzaladığınız Sərəncam bizləri çox sevindirdi. Tarixi abidələrimizin restavrasiya olunaraq gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir və tariximizə verdiyiniz yüksək qiymətdir. Biz gənclər Sizin hər sahədə apardığınız siyasəti dəstəkləyirik. Çünki Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tağıyev Tural Eyyam oğlu, ehtiyatda olan zabit, 2-ci qrup əlil, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Siyəzən rayonu”.